Menu

Azərbaycanda 2 kredit ittifaqının rəhbəri dəyişib

20.12.2017, 17:12
Azərbaycanda 2 kredit ittifaqının rəhbəri dəyişib

Lənkəran rayonunda fəaliyyət göstərən “İsmayıl Kredit İttifaqı" MMC-nin İdarə Heyətinin sədri dəyişib.

“Report” xəbər verir ki, indiyə qədər İttifaqa rəhbərlik edən Şahlar Əsədovu Turab Əskərov əvəz edib.

Bundan başqa, Füzuli rayonunda fəaliyyət göstərən “S.A.F. Kredit İttifaqı" MMC-nin rəhbəri Mehdi Hüseynov Qaməddin Məmmədovla əvəzlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol