Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin xidməti avtomobillərdən istifadəsinə xitam verilib.
Bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.
Qərara görə, agentliyin istifadəsində olan iki ədəd xidməti avtomobil geri alınıb.
Bundan əvvəl, Milli Arxiv İdarəsi, “İcərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Dövlət Bayrağı Meydanı Kompleksi İdarələrinin xidməti avtomobillərdən (3 ədəd) istifadəsinə xitam verilmişdi.
Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyinin də avtomobillərinin sayında ixtisarlar edilmişdi. Belə ki, nazirliyin xidməti avtomobillərinin sayı 71-dən 22-yə endirilib.


Şərhlər