Menu

BAKI VAĞZALINDA BOMBA HƏYƏCANI - Xəbər yalan çıxdı

21.12.2017, 16:17
BAKI VAĞZALINDA BOMBA HƏYƏCANI - Xəbər yalan çıxdı

Bakı Dəmiryolu Vağzalında aparılan axtarışlar başa çatıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, həyata keçirilən axtarışlar nəticəsində hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Elan olunub ki, bilet almaq istəyən şəxslər binaya daxil ola bilərlər.

Vağzalın əməkdaşları da binaya buraxılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, Bakı Dəmiryolu Vağzalı fəaliyyətini adi rejimdə bərpa edib.

* * *

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Dəmiryolu Vağzalında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat yayıb.

FHN-dən APA-ya verilən məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin Dəmiryolu Nəqliyyatında Polis idarəsinin növbətçi hissəsinə Bakı Dəmiryolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri təhlükəsizlik tədbirləri görüblər. Hazırda axtarış işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

* * *

Polisə zəng edən naməlum şəxs Bakı Dəmiryolu Vağzalının ikinci mərtəbəsində yerləşən restoranlardan birinə partlayıcı qoyulduğunu barədə məlumat verib.

Bu barədə APA-nın hadisə yerində olan əməkdaşına "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. Həmin məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat ötürülüb və əraziyə xilasedicilər gəlib, axtarışlara başlanıb.

O qeyd edib ki, hadisə ilə əlaqədar vağzalda bilet satışı dayandırılıb.

Əlavə edək ki, vağzalda şübhəli əşyanın axtarışlarına xüsusi təlim görmüş itlər cəlb edilib.

* * *

Bakı Dəmiryolu Vağzalında partlayıcı aşkarlanması barədə polisə məlumat daxil olub.

APA-nın məlumatına görə, vağzalın ikinci mərtəbəsində şübhəli əşya aşkar edilməsi barədə polisə daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Hazırda mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilir.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakı Dəmiryolu Vağzalında olan vətəndaşlar təxliyə edilib. Vağzalın ətrafı lentlə əhatəyə alınıb, içəri heç kim buraxılmır.

[gallery size="full" ids="380318,380319,380320,380321,380324,380325,380326,380337,380338"]

Şərhlər

Ferhad 2017-12-21 16:17:34

Bu yene hökmetin oynudurki bunu ya müxalifetin ya dindarıarın üste şer atıb iceri salmaq adınnan pul almaq vessalam burda tücüblü hecne yoxdu yalancı zeng edenide tutub televizyada xalqın gözünnen perde asacaqlarki tapdıq

G.M 2017-12-21 16:17:34

Olsun ki,Bakıda da Yeni İli qadağan eləmək üçün bəhanə axtaranlar var.Özü də bu günlərdə İranda iki dənə adlı,sanlı fars molla ölüb..Bəəzi Bakı kəndləri yasa batacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol