“Gündəlik Bakı” qəzətinin baş redaktoru, uzun illər Milli Təhlükəsizlik Nazirliyinin himayəsi altında müxtəlif məmurları, sahibkarları, iş adamlarını şantaj edərək onların barələrində ifşaedici məlumatlar yayacağı ilə hədələyərək külli miqdarda pullarını almaqda ittiham olunan Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu günlərdə iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı dekabrın 26-a təyin edilib.
Xatırladaq ki, MTN-ə bağlı reket jurnalist şəbəkəsinin əsas fiqurlarından olan Habil Vəliyev ötən il dekabrın 6-da Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. O, hədə-qorxu yolu ilə pul tələb etməkdə, şantajda ittiham olunur. Bu ittihamlar üzrə təqsirləndirilən şəxsi 10 ildən 15 ilədək həbs cəzası gözləyir.
Virtualaz.org saytı iş üzrə istintaq materiallarını əldə edib. İstintaq materiallarından məlum olub ki, Habil Vəliyev məmurları, paytaxtda otel və motel işlədən sahibkarları, hətta yüngül əxlaqlı qadınları belə şantaj edərək onlardan müntəzəm olaraq külli miqdarda pul alıb.
Habil Vəliyevin əməllərindən zərər çəkənlər: icra başçısı, təhsil müdiri və digərləri...
İş üzrə zərərçəkmiş şəxs qismində cəmi 12 nəfər tanınıb. Bunlar Laçın rayonunun sabiq icra başçısı Ramiz Cəbrayılov, Neftçala rayon Maliyyə İdarəsinin rəisi Rəşid Mənəfov, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov, Bakıdakı “Maral” və “Elvin” motellərinin icarədarı Hatəm İbrahimov, “Azəri” kafesinin icarədarı Xəyyam Həsənov, Türkan qəsəbəsindəki “Cahargah” otelinin icarədarı Nofəl Musayev, Hacıqabul rayonu ərazisindəki “Çinar” restoranın sahibi Rafiq Rəsulov, “Karona” LTD-nin direktoru Ramil Quliyev və “Clear” hotelinin icarədarı Fuad Məmmədovdur.
İstintaqın versiyasına görə Habil Vəliyev adları çəkilən bu zərərçəkmiş şəxslər haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyərək onlardan külli miqdarda pul tələb edib. Belə ki, o, Günəşli qəsəbəsindəki “Araz” kafesinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə “rüsvayedici məlumatlar” yayacağı ilə hədələyərək obyektin sahibi Habil Hüseynovdan 2007-ci ildən etibarən aylıq 200 manat haqq alıb. Sonradan aylıq haqqı artırıb və 2016-cı ilədək H.Hüseynovun cəmi 30 min manatını ələ keçirib.
Yaxud istintaq müəyyən edib ki, Habil Vəliyev Neftçala rayon Maliyyə İdarəsinin rəisi Rəşid Mənəfovu da rəhbərlik etdiyi idarədə qanunsuzluqların baş verməsi, rayon ərazisində fəaliyyət göstərən müxtəlif dövlət təşkilatlarına ayrılmış pul vəsaitlərini mənimsənilməsinə dair məlumatlar, həmçinin şəxsi nüfuzuna və işgüzar fəaliyyətinə xələl gətirəcək rüsvayedici məlumatlar yaymaqla hədələyib. Bu yolla məmurdan xeyli pul alıb.
İcra başçısı qorxusundan 15 min manat göndərib!
H.Vəliyevin hədələyərək və şantaj edərək pul aldığı məmurlardan biri də Beyləqan rayon Təhsil şöbəsinin müdiri Tofiq Sadıqovdur. İstintaq müəyyən edib ki, H.Vəliyev məmurla telefon əlaqəsi saxlayaraq əlində onun barəsində ciddi kompromatların olduğunu bildirib, həmin kompromatların dərc edilməməsi üçün 1500 manat pul istəyib.
Digər epizoda görə H.Vəliyev “Gündəlik Bakı” qəzetində Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov haqda silsilə materiallar dərc etdikdən sonra ona zəng vurub. Barəsində yeni rüsvayedici məlumatları yayacağı ilə hədələyib və 40 min manat tələb edib. İcra başçısı bu hədələrdən qorxaraq Laçın rayon Təhsil şöbəsinin müdiri Malik Vəliyevin vasitəsilə ona 15 min manat pul göndərmək məcburiyyətində qalıb.
H.Vəliyev habelə iş adamı Hatəm İbrahimova məxsus “Elvin” kafesinin və “Maral” otelinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi haqda materiallar dərc edəcəyi ilə hədələyərək onun 10 min manatadək pulunu ələ keçirib.
İttiham aktına əsasən H.Vəliyev 2015-ci ilin əvvəlində “Karona” LTD şirkətinin direktoru Ramil Quliyevi də şantaj edib. Onun rəhbəri olduğu “Elmed” tibb mərkəzi haqda zərərçəkənin “sahibkarlıq və şəxsi nüfuzuna xələl gətirəcək” silsilə məqalələr dərc edib. Ondan 4 min dollar istəyib.
H.Vəliyev istintaqa ifadəsində irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilməyib. Lakin istintaq bu qənaətə gəlib ki, onun əməllərini sübuta yetirmək üçün kifayət qədər dəlillər, şahid ifadələri toplanıb, üzləşdirmələr aparılıb.


Şərhlər
2008-ci ildə bunun "sağ əli" - cinayət yoldaşı, öz adını düz-əməlli yaza bilməyən "şef-redaktoru" üstümə hücum çəkib, "səni sürüyərəm" deyə, bağırdı! Mən o zaman bilirdim ki, bunlar kimlərin hesabına "hürürlər"... O vaxt Habil bir həftə mənim zənglərimə cavab vermədi...
``Zərər çəkmişlər`` -in Habildən heç bir fərqi yoxdur.Sadaladığınız zərərçəkmişlər də öz sahələrində dələduzluqla məşğul olanlardılar Və bunun izahata,təsdiqə heç bir ehtiyacı da yoxdur.Habil kimi dələduzların yaranmasındakı mühiti də dələduz məmurlar yaradıblar.Sadəcə adət belədir ki,əsas günahkarlar yenə də ``bayırda`` qalanlar oldu.
Ğörəsən bu ölkədə düz bir məmur varmı?
ƏXLAQSİZ YUVALARİNDAN BAS REDAKTORA HAQQ VERƏNLƏR HƏMİN VAXT NƏDƏN HUQUQ MUHAFİZƏ ORQANLARİNA RƏSMİ XƏBƏRDARLİQ ETMƏYİB? İKİNCİSİ SOĞAN YEMƏYƏNİN İCİ GOYNƏYƏRMİ? UCUNCUSU ADİ CƏKİLƏN OTELLƏRDƏN ƏRAZİ UZRƏ POLİS NƏ QƏDƏR HAQQ ALİR? DORDUNCUSU DİGƏRLƏRİNİ DEMİRƏM SON ADİ CƏKİLƏN SURAXANİ RAYON ƏRAZİSİNDƏKİ MARAL OTELİNİ ARASDİRSAZ BİABİRCİLİQ. BU OTELİN SU TƏHCİZATİ YOXDU TEXNİKİ SƏRT VERİLMƏYİB SUYU AZƏRYOLSERVİS VERİR. XƏZƏR ROYONUNDAKİ OTELDƏ İSƏ SƏRƏNCAM BELƏ YOXDU TİKİNTİYƏ. YOXLAYİN CAVABDEHƏM.
Şok video: http://www.tezadlar.az/ustm/24364-rusiyada-habil-vliyevin-mdafi-mitinqini-hans-mmur-maliyyldirib.html
Bu Habil ozunu reket kimi yox ölkenin ağası kimi aparırdı. Ruşvet və şantaji qoyduq bir kenara. Qezetinde söyüş, hədə yazan, namus qeyret adi çeken gededi. Ozunu 1 qızı ve oğlu var. Utanmadan başqasının namusunun adini çekirdiş. MTN-e göre Metbuat Şurası ondan qorxurdu. Bele adamın yeri cehennemdir. Azerbaycanda bir qezet ve ya sayt onu müdafie etmedi. Çünki leyaqetli iş gormürdü. Onun valideynleri bunu bilmirdimi? Nazir Hüseyin Bağlrovun babasını qezetde tehqir etmişdi, Eli hesenov milli meclisde açıq dedi
Hamımıza və hüquqçulara sual verirəm: Bu işdəki "zərər çəkmişl"ər, əslində ... və ya "əyyaş" deyillərmi?
Habil kimisinin Ekologiya naziri Hüseyn Bağırovun babasını təhqir etməsi,Cəmiyyətin necə deyərlər mənəviyyat barometridir. Axı Habil, Hüseyn Bağırov kimi ziyalının əlinə su tökməyə belə layiq olmayan birisidir. Nə isə məsəl var "arxalı köpək qurd basar".
Bu Habil Vəliyev cinayətkardır.Əlbəttə,törətdiyi əməllərə görə cəzasını alacaq.Bəs onun "şantaj" etdiyi dələduzlar necə?Axı,Habilin şantaj etdikləri cinayət əməllərinə görə qorxub rüşvət veriblər.Onların hamısı Habillə birlikdə istintaqa cəlb olunmalıdır.Əgər Habil quldurdursa,pullarını aldığı məmurlar həm ....Cinayəti yaranma səbəbindən ayrılıqda təhlil etmək Habilin cinayətindən də ağırdır.Oğruları bir-birindən ayırmaq yox, birlikdə ittiham etmək lazımdır.