Menu

Rus kazakların lideri Ukraynada həbs olundu - Foto

03.07.2014, 21:55
Rus kazakların lideri Ukraynada həbs olundu - Foto

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları iyulun 2-də Donetskdə Rusiya ilə sərhəd buraxılış məntəqələrindən birində rus kazaklarının lideri (ataman) Valeri Popovu həbs ediblər. Ukrayna Təhlükəsizlik Xidmətinin bu barədə yaydığı məlumatda deyilir ki, Popov həbsindən əvvəl rusiyalı jurnalistlərə öz dəstəsi ilə Donetsk və Slavyanskda Ukrayna ordusuna qarşı döyüşməyə gedəcəyini deyib və zirehli texnikadan başı çıxan hamını onalara qoşulmağa çağırıb.

“Rusiya xüsusi xidmət orqanlarının idarə etdiyi “kazak-döyüşçülər” ATƏT missiyasının üzvlərini girov götürüb canlı sədd kimi saxlamaqla, yolları və körpüləri minalamaqla, Ukrayna sərhədçilərinə hücum etməklə, Rusiyadan Donbasa silah və muzdluların keçməsi üçün dəhliz yaratmaqla, dinc sakinlərə qarşı silah işlətməklə cinayətə yol veriblər”, - deyə məlumatda qeyd olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol