«AzPolitika.info»-nun xarici KİV- istinadla verdiyi xəbərə görə, Gürcüstanın müdafiə naziri Levan İzoriya çərşənbə günü parlamentin komitə dinləmələrində bəyan edib ki, ölkəsi artıq öz ərazisində Fransa isiehsalı olan raket əleyhinə müdafiə (RƏM) kompleksləri yerləşdirib.
Gürcüstanla Fransa arasında bu barədə saziş hələ 2015-ci ilin yayında imzalanıb. Nazir bu il bir neçə dəfə Fransaya səfər edib və orada bu məsələ ətrafında fransalı həmkarları ilə danışıqlar aparıb, həmin qurğuları istehsal edən zavodlara baxıb.
«Biz, texniki avadanlıqlar əldət etdik, onlar artıq Gürcüstandadır... Biz mümkün olan hər şeyi edəcəyik ki, əməkdaşlığın birinci fazasında bizim hava məkanımız daha da etibarlı şəkildə qorunsun. Biz, ikinci faza üzrə fransalı həmkarlarımızla əməkdaşlığı davam etdirməyə hazırıq» - deyə, nazir bəyan edib.
O, əlavə edib ki, ikinci faza Gürcüstanlı zabitlərin Fransa tərəfindən yenidən hazırlanması işlərini nəzərdə tutur.


Şərhlər