Menu

Bu gün Masazırda işıq olmayacaq

22.12.2017, 10:42
Bu gün Masazırda işıq olmayacaq

Bu gün Masazır qəsəbəsində elektrik enerjisinin verilişində fasilələr olacaq.

“Azərişıq” ASC-dən verilən məlumata görə, 110/10 kV-luq Masazır yarımstansiyasından qidalanacaq 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədar olaraq dekabrın 22-də saat 12.00-dan 15.30-a qədər Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol