Ekmeləddin İhsanoğlunun bankda 3,6 milyon dollar pulu var
Türkiyədə prezidentliyə namizəd, baş nazir Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi Ekmeləddin İhsanoğlunun milyonçu olduğu məlum olub.
ANS PRESS-in məlumatına görə, Türkiyənin 2 əsas müxalifət partiyasının namizədi seçki komissiyasına gəlirləri və əmlakı barədə sənəd təqdim edib.
Ekmeləddin İhsanoğlunun özünün və ailəsinin var dövləti aşağıdakı kimidir:
- 1 ədəd 2006-cı il istehsalı olan "Opel Vectra" avtomobili
- Bank hesabında 240427 Türkiyə lirəsi və 3 596 304 dollar
Bundan başqa İhsanoğlunun Yozgatda ata-babasından qalan torpaq sahələrini və binaları 2011-ci ildə Bozok Universitetinə bağışladığı məlum olub.


Şərhlər