Menu

Asiya bankı Azərbaycana yarım milyard dollardan çox vəsait ayırdı

22.12.2017, 21:58
Asiya bankı Azərbaycana yarım milyard dollardan çox vəsait ayırdı

Bu gün "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının dövlət zəmanəti, habelə Asiya İnkişaf Bankı (AİB) zəmanəti ilə 524,5 mln. dolları məbləğində sindikatlaşdırılmış kreditin "Cənub Qaz Dəhlizi" QSC-yə ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanıb.

QSC-dən virtualaz.org-a verilən məlumata görə, qeyd olunan kredit müqaviləsinə dair zəmanət müqaviləsini Azərbaycan dövləti adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev imzalayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol