Şəmkirdə yanğın hadisəsi qeydə alınıb. Musavat.com-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Əliyaqublu kəndində ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının tavanı 10 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Şərhlər