Menu

Türkiyədə hərbi hissədə partlayış - Ölən və yaralılar var

25.12.2017, 10:06
Türkiyədə hərbi hissədə partlayış - Ölən və yaralılar var

Türkiyənin Hakkari vilayətində, İraqla sərhəddə hərbi hissələrdən birində partlayış olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir hərbi qulluqçu ölüb, ikisi yaralanıb.

Partlayışın əl qumbarası ilə ehtiyatsız davranma nəticəsində baş verdiyi bildirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.

Faktla bağlı cinayət işi açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol