Menu

Azərbaycanın beynəlxalq axtarışa verdiyi iş adamı tutuldu

25.12.2017, 13:56
Azərbaycanın beynəlxalq axtarışa verdiyi iş adamı tutuldu

Külli miqdarda dələduzluqda təqsirləndirilərək barəsində həbsli axtarış qərarı çıxarılan Azərbaycan əsilli Rusiya vətəndaşı Araz Dadaşov Qazaxıstanda həbs edilib.

Bu barədə APA-ya A. Dadaşovun vəkili Hafiz Ələsgərov məlumat verib.

O, bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində keçmiş həyat yoldaşı Lalə Dadaşovanın şikayəti əsasında cinayət işi başlanılıb. Onun sözlərinə görə, şikayət mülki xarakterlidir: "Ancaq bizim əlimizdə Araz Dadaşovun əməlində cinayət tərkibinin olmadığını sübut edən sənədlər var və biz bunu istintaqa təqdim edəcəyik".

Vəkil qeyd edib ki, A. Dadaşov hazırda Qazaxıstan Respublikasında saxlanılır və Azərbaycana ekstradisiya mərhələsi başlayıb.

Qeyd edək ki, A. Dadaşov iş adamıdır.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2( dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Şərhlər

Yaqub 2017-12-25 13:56:33

Ela gözel edibsiz bes milyartları ne vaxt xalqa qaytaracaqsız o akif covdarov neblim cahankir hacıyeve türmeden cıxarın xalqdan ogurradıgı pulu xalqa qaytarın özlernide buragın xalq oları bagışlayır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol