Menu

"Bitkoinin həqiqi dəyəri sıfır ola bilər" - Morgan Stanley

25.12.2017, 15:23
"Bitkoinin həqiqi dəyəri sıfır ola bilər" - Morgan Stanley

Qlobal bank "Morgan Stanley"in analitiki James Faucette, dərc olunan bir müştəri hesabatında, Bitcoin-un həqiqi dəyərinin əslində sıfır ola biləcəyini qeyd edib.

"Marja" xəbər verir ki, "Bitcoin Decrypted" adlı hesabatda Bitcoin-un pul vahidi və bir yığım vasitəsi (qızıl, gümüş kimi) olmadığı qeyd edilib.

Faucette qeyd edib:

-Bitcoin, pul vahidi kimi qiymətləndirilə bilinməz, çünki hər hansı bir faiz söz mövzusu deyil.

-Bitcoin qızıl deyil, çünki real həyatda istifadə edilmir. Əsl qızıl elektronikada və zinət əşyalarının hazırlanmasında istifadə olunur.

-Bitcoin-un son 30 gündə orta hesabla gündəlik əməliyyat həcmi 3 milyard dollar səviyyəsində olub; Valyuta bazarının gündəlik həcmi isə 5.4 trilyon dollardır.

-Bitcoin ilə təxmini gündəlik alış həcmi 300 milyon (Visa-da 17 milyard dollar) dollardan daha azdır.

Faucette-ə görə bütün bu faktorlar Bitcoin-in "virtual olaraq qəbul olunmadığına" işarə edir.

Aşağıdakı qrafikdə Bitcoin-un ən böyük 500 e-ticaret şirkətlərinin neçəsində qəbul olunduğu göstərilir. Qrafikə diqqəti çəkən Faucette, "Əgər heç kim bu ödəmə texnologiyasını qəbul etməzsə, o halda dəyəri sıfır olacaqdır",- deyib.

Qeyd edək ki, Bitcoin-i qəbul edən şirkətlərin sayı azalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol