Menu

İstanbulda İŞİD-lə əlaqədə şübhəli bilinən 22 əcnəbi tutulub

25.12.2017, 20:08
İstanbulda İŞİD-lə əlaqədə şübhəli bilinən 22 əcnəbi tutulub

Türkiyənin İstanbul şəhərində terrorçu İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinən xarici ölkələrin 22 vətəndaşı saxlanılıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, polis idarəsində onlarla bağlı araşdırma aparılır.

Şübhəlilər İstanbuldakı Terrora qarşı mübarizə şöbəsinin əməkdaşlarının şəhərin 2 rayonunun 7 ünvanında keçirdiyi əməliyyat nəticəsində tutulublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol