Menu

Nigeriyada silahlılar şəhərə hücum edib

25.12.2017, 23:48

Esger-nigeriyaNigeriyada silahlılar Mayduquri şəhərinə hücum ediblər.

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib.

Digər təfərrüatlar barədə hələ ki, məlumat verilmir. Bundan əvvəl silahlılar ölkənin şimalında Maqumeri şəhərini ələ keçiriblər. Hücumların “Boko Haram” terror qruplaşması tәrәfindәn törәdildiyi ehtimal edilir.

Qeyd edək ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə hücum edir. Ötən il "Boko Haram" qruplaşması İŞİD-ə sədaqət andı içib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol