Menu

Türkiyədə Yeni ili "qana boyamaq" istəyən İŞİD-çilər saxlanılıb

26.12.2017, 13:13
Türkiyədə Yeni ili "qana boyamaq" istəyən İŞİD-çilər saxlanılıb

Türkiyədə polis daha bir genişmiqyaslı əməliyyat keçirib. Trend-in məlumatına görə, antiterror əməliyyatı nəticəsində Türkiyənin cənubundakı Adana şəhərində İŞİD terror təşkilatının üzvü hesab olunan 12 nəfər saxlanılıb.

Saxlanılanların Yeni il ərəfəsində Türkiyədə kütləvi yerlərdə terror aktları planlaşdırması məlum olub.

Saxlanılanlardan 2 nəfərin Suriya vətəndaşı olduğu bildirilib.

Qeyd edək ki, dekabrın əvvəlində İstanbulda İŞİD üzvü hesab olunan 60-dan çox adam saxlanılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol