Bu gün Mətbuat Şurasının Apellyasiya Qrupunun iclası keçirilib.
Şuradan APA-ya verilən məlumata görə, Qrupun rəhbəri, MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, qrup üzərində Şuranın xəbərdarlıq qərarı olan 3 kütləvi informasiya vasitəsi ilə bağlı məsələləri müzakirə ediləcək.
Bunlar “AzPolitika.info” və “Rubrika.az” saytları və “Hürriyyət” qəzetidir. İclasda məlumat verilib ki, xəbərdarlıq qərarının çıxarılmasından sonrakı müddətdə bu KİV-lə əlaqədar Mətbuat Şurasına hər hansı şikayət məktubu daxil olmayıb.
Bu cəhət nəzərə alınaraq “AzPolitika.info”, “Rubrika.az” saytları və “Hürriyyət” qəzeti ilə bağlı çıxarılmış qərarlardakı xəbərdarlıqların onlar üzərindən götürülməsinə dair rəyə gəlinib.
"AzPolitika.info" saytının baş redaktoru Elnur Məhərrəmli MŞ-nın xəbərdarlığının ləğv olunmasına belə münasibət bildirib: "Bir neçə ay əvvəl ATV-nin hazırki prezidentinin şikayəti əsasında heç bir əsas olmadan, mənim ehtimalıma görə kimlərinsə istəyilə bizə xəbərdarlıq elan etmişdilər. Bu gün də o xəbərdarlığı ləğv ediblər. Amma mən düşünmürəm ki, bu sırf bizimlə bağlı məsələdir. Görünür digər 2 KİV-dən birinin xəbərdarlığını ləğv etmək zərurəti olub. "AzPolitika"nı da obyektiv görünmək üçün onun "gözünə qatıblar". İstənilən halda, bu, ədalətsizliyin aradan qaldırılmasıdır və buna görə MŞ rəhbərliyinə təşəkkür edirəm".


Şərhlər
Müfəttişə: Amaşova deyirlər sür dərəyə, o da sürür, dağa desələr dağa da sürəcək. Senzorxana daha da yuxarıda yerləşir!! Çünkü "Bizim kainata Günəş kimi doğan Azərbaycan"da qanun şah deyildir,.....!!
Ə.Amaşov mandata sahiblənəndən MŞ özünü senzorxana kimi aparır.Vaxtilə bu qurumu mətbuata dəstək məqsədi ilə yaradanların, vicdanları narahat etmir ki görəsən.....
Ay vüqar rehimzade televizya radio ve meydanlat üzmüze baglıdl bes derdimizi harda deyek ki kar qulaqlar eşidsin...