Menu

Mingəçevirdə mənzildən 15 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb

26.12.2017, 12:01
Mingəçevirdə mənzildən 15 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb

Mingəçevir şəhərində mənzildən oğurluq olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsi 13, mənzil 10-da baş verib.

Belə ki, Qaragilə İsmayılovanın mənzilinə daxil olan naməlum şəxslər 15 min manatdan çox nağd pul və qızıl-zinət əşyaları oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol