Misirdə 15 nəfər barəsində çıxarılan edam hökmü icra olunub.
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, onlar terrorçuluq fəaliyyətində təqsirli biliniblər.
Məlumata görə, edam hökmü Misirin iki həbsxanasında icra olunub.
Onlar Sinay yarımadasında hərbçilərə və polislərə terror hücumunda mühakimə ediliblər.


Şərhlər
Edam hökmü deyəndə,adamın yadına İsa Qənbər düşür.O da prezident səlahiyyətlərini qısa müddətli icra edərkən müharibə dövrünün ağrılarını bir yana qoyub tələsik belə bir addım atmışdı.Nə yaxşı ki belə bir zalımın vəzifə səlahiyyəti tez əlindən alındı.Yoxsa nə qədər günahlı-günahsız insanlar qətl olunacaqdı..