Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam etdirilir.
Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, nazirliyin rəhbərliyi cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərdə olub.
Tikintilər aparılan ərazilərə baxış keçirən müdafiə naziri general-polkovnik Zakir Həsənov inşaat işlərinin gedişatını yoxlayıb və müvafiq tapşırıqlar verib.
[gallery columns="5" size="full" ids="381864,381865,381866,381867,381868"]


Şərhlər
Hərbi obyektlər haqqında məlumat vermək naşılıqdır.Belə informasiyalar,görünür, daxili auditoriyaya hesablanıb.Guya,filan-filan işlər görürük.Son nəticədə isə ermənilər bu informasiyadan yararlanıb Azərbaycanı güclü hərbi dövlət kimi dilə-dişə sala bilər.
Heç bir düşünə bilən ölkə hərbi obyektləri sərhəd boyu tikmir. Misal: Böyük Vətən müharibəsi zamanı Rusiyanın hərbi zavodları cəbhədən uzaq olan Uralda yerləşirdi.Hətta müharibə zamanı bir çox münaqişə zonasına yaxın adi zavodlar da təcili olaraq arxa cəbhəyə köçürülmüşdü.
Bizdə isə bu işlər necə təşkil olunur? Qarabağda müharibə başlama ərəfəsində biz Xocalıya nə qədər vəsait xərclədik.Nə qədər binalar,xəstəxana və sair tikdik.Bəs nəticə nə oldu?Bir bunu xatırlayan varmı?