Menu

Rusiya XİN Ərdoğanın Əsədi terrorçu adlandırmasına münasibət bildirib

28.12.2017, 18:28
Rusiya XİN Ərdoğanın Əsədi terrorçu adlandırmasına münasibət bildirib

"Bəşər Əsəd Suriyanın qanuni prezidentidir. Suriyanı BMT-də məhz o təmsil edir. Ona görə də "Bəşər Əsəd terrorçudur" kimi bəyanatların hüquqi nöqteyi-nəzərdən heç bir əsası yoxdur".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsədi terrorçu adlandırması ilə bağlı suala cavabında deyib. "Bu cür bəyanatların mənəvi tərəfini bir kənara qoyuram. Belə bəyanatlar hüquqi cəhətdən əsassızdır", - deyə M. Zaxarova qeyd edib.

Xatırladaq ki, R. T. Ərdoğan Tunisə səfəri zamanı bu ölkənin prezidenti ilə keçirdiyi mətbuat konfransında Bəşər Əsədin Suriyada dövlət terroru həyata keçirdiyini bildirib.

Şərhlər

Kommunist 2017-12-28 18:28:36

Marira zaxarova o terroristin arvadıdı agı. O danışıgnı bilmir he herden boşanıb sarksyanında arvadı olub bize aglına geleni deyir ona qulaq asmayın amma esl eri putindi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol