Menu

Türkiyədə Rusiya səfirinin qətlə yetirildiyi sərginin təşkilatçısı həbs edilib

29.12.2017, 01:32
Türkiyədə Rusiya səfirinin qətlə yetirildiyi sərginin təşkilatçısı həbs edilib

Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətlə yetirildiyi sərginin təşkilatçısı Mustafa Timur Ozkan həbs edilib. M.Ozkan qətllə əlaqəsi olmaqda ittiham olunur.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, M.Ozkan dindirilməsi üçün Ankara prokurorluğuna aparılıb, daha sonra məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, Andrey Karlov 2016-cı ilin dekabrın 19-da Ankarada fotosərgi zamanı qətlə yetirilib. Məlumata görə, hücum polis əməkdaşı Mövlut Altıntaş tərəfindən törədilib. O cavab atəşi ilə qətlə yetirilib.

Bundan əvvəl qətllə əlaqəsi olmaqda şübhəli bilinən 4 nəfər saxlanılıb. Onlardan 3-ü sabiq polis əməkdaşı, digəri isə “Guru Medya” nəşriyyat qrupunun Hayrəddin Aydınbaşdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol