Menu

Myanmada həbs olunmuş “TRT World” telekanalının əməkdaşları azadlığa buraxılıb

29.12.2017, 18:11
Myanmada həbs olunmuş “TRT World” telekanalının əməkdaşları azadlığa buraxılıb

Myanmada həbs olunmuş “TRT World” telekanalının əməkdaşları dekabrın 29-da azadlığa buraxılıb.

AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, müxbirlər Myanmanı yalnız 2018-ci il yanvarın 5-də tərk edə biləcəklər.

Qeyd edək ki, “TRT World” telekanalının əməkdaşları oktyabrın 27-də Myanma parlamenti yaxınlığında pilotsuz uçan aparat vasitəsilə icazəsiz çəkiliş apardıqları üçün həbs edilmişdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol