Menu

Bakıdan Kazana uçan təyyarə Nijni Novqoroda enməli olub

29.12.2017, 15:43
Bakıdan Kazana uçan təyyarə Nijni Novqoroda enməli olub

Bu gün saat 9:00-da Bakıdan Kazana J2-9575 saylı aviareyslə hərəkət edən sərnişin təyyarəsi Nijni Novqorod hava limanına enməli olub.Bu barədə “Report”a “Buta Airways” aviaşirkətindən məlumat verilib.

Məlumata görə, təyinat nöqtəsinin dəyişdirilməsinə səbəb Kazandakı əlverişsiz hava şəraiti olub. Son nəticədə təyyarə hava limanına enə bilməyib və Nijni Novqoroda hərəkət edib. Eniş ştat rejimində baş tutub.

Kazanda hava şəraiti yaxşılaşan kimi təyyarə yenidən ora uçacaq. Bu barədə əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol