Menu

Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yanğın başlayıb

29.12.2017, 16:47
Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yanğın başlayıb

Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yanğın başlayıb.APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, yanğın bu gün saat 13.20 radələrində Şəkinin Kiş kəndi ərazisində, yüksək dağıq ərazidə meydana gəlib.

Yanğınının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Yanğın hazırda 1,5 hektar ərazini əhatə edir.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol