Səudiyyə Ərəbistanında benzinin qiyməti qalxıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, qiymətlərin artırılmasına səbəb kimi enerji istifadəsinin effektivliyini artırmaq və ölkədə açıqlanan nəhəng islahatlar paketi üçün mənbə yaratmaq göstərilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında 91 oktan benzin 0,75 rialdan 82% artımla 1,37 riala (0,62 manat), 95 oktan benzinin qiyməti 0,9 rialdan 126% artımla 2,04 riala ( 0,92 manata) yüksəlib. Dizelin qiymətində isə dəyişiklik olmayıb.
Benzin qiymətlərinin artmasıyla yanaşı ölkədə yanvar ayının 1-dən etibarən əlavə dəyər vergisi (ƏDV) də tətbiq olunmağa başlayıb. Artıq səhiyyə, təhsil, bank, əmlak, nəqliyyat, elektrik, su, telekommunikasiya və sığorta kimi bir çox sahədə 5%-lik ƏDV tətlbiq olunur.


Şərhlər
Bizde niye artmir..niye olardan geri qalaq?
Ömər sən bilirsənmi Azərbaycanda benzin neçəyə idi və indi neçəyədir? Sovet dövründə benzinin litri 0.10 manata idi.Bəs indi neçəyədir? Bir hesabla,sonra rəy yaz.
Dünyanın neft ölkələrinin heç birində neft AZərbaycandakı qiymətdə deyil.DEvalvasiyanı nəzərə alsan benzinin qiyməti bizdə dəfələrlə bahalaşıb.İlk bahalaşma Rəsul Quliyevin parlament sədri olanda baş verdi və sonra arta-arta gedir.Neft ucuzlaşır,amma benzin bahalaşır.Absurd !