Menu

Bakıda gözəllik salonundan soyğunçuluq edən şəxs saxlanılıb

02.01.2018, 12:40
Bakıda gözəllik salonundan soyğunçuluq edən şəxs saxlanılıb

Bakının Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birindən soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məluamata görə, yanvarın 1-də Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birinə gələn naməlum şəxs kassadan içərisində 5000 manat və müxtəlif kartlar olan pulqabını soyğunçuluq yolu ilə aparıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Ağadadaş Ağayev Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü və Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol