Menu

Trampın sözlərinə Pakistanın sərt reaksiyası - Səfir XİN-ə çağrıldı

02.01.2018, 12:57
Trampın sözlərinə Pakistanın sərt reaksiyası - Səfir XİN-ə çağrıldı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın sözlərinə Pakistan hakimiyyəti sərt reaksiya verib. Xəbər verilir ki, Pakistanın Baş naziri Şahid Hakan Abasi çərşənbə axşamı hökumətin iclasını çağıracaq.

Pakistanın «The News International» nəşrinin məlumatına görə, eyni zamanda ölkənin milli təhlükəsizlik Komitəsinin iclası da çağırılacaq.

Xəbər verilir ki, etiraz notası təqdim etmək məqsədilə ABŞ-ın Pakistandakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Pakistan XİN-nin başçısı Hoca Mohəmməd Asifin fikrincə, ABŞ Əfqanıstandakı uğursuzluğuna görə, öz adamlarını məsuliyyətə cəlb etməlidir. Diplomatın sözlərinə görə, ABŞ tərəfindən verilmiş bütün vəsaitlər «təyinatı üzrə» xərclənib. Pakistan tərəfi bunun sübutü qismində bütün açıq məlumatları təqdim etməyə hazırdır.

Məlumat üçün bildirək ki, bu qalmaqal Donald Trampın Paksitan barədə səsləndiriyi fikirdən sonra başlanıb. Tramp deyib ki, Vaşinqton Pakistana kömək göstərməklə «axmaqlıq» edib: «Onlar bizə yalan və aldatmaqan başqa heç nə verməyiblər».

«Onlar bizim Əfqanıstanda axtardığımız terrorçuların təhlükəsizliyini təmin edirlər və demək olar, bizə kömək göstərmirlər. Bu, bir daha olmayacaq!» - Tramp bəyan edib.

Beləliklə, ABŞ-ın Pakistan ordusu üçün vəd etdiyi 255 milyon dollarlıq yardım sual altına düşmüş olub.

Açıq-aydın görünür ki, Trampın «Yerusəlim qərarı» və son bir neçə gündə İranda başlanmış kütləvi etirazlar fonunda, Pakistanı ittiham etməklə, ABŞ və şəxsən Tramp sadəcə, İslam ölkələrinin başını qatmaq məqsədi güdür.

Şərhlər

dadaşyev 2018-01-02 12:57:30

ABŞ Qüds məsələsində təklənməyinin acığını o qərara səs verən bütün ölkələrdən donqili bəhanələrlə çıxacaq əlbəttə ki.Bu da o qəbildəndir.Ümumiyyətlə,Tramp da Buş kimi hökmlü və varlı-hallı adamın ərköyün,dəcəl uşağına oxşayır.Futbol oyununun qızğın yerindəcə öz eqosunu göstərmək üçün birdəncə "topumu verin,mən evə gedirəm" deyən eqoist uşaqlar olur ha,bax onnan.Topumu verin deməklə bilir ki,hamı onun könlünü alacaq,yalvaracaq ki,sən canın bir az da döz,oyunu bitirək,apar topunu,hirslənmə,çevir bizi başına.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol