Menu

Avtomobil Yolları Dövlət Agentliyində yeni təyinatlar

03.01.2018, 12:04
Avtomobil Yolları Dövlət Agentliyində yeni təyinatlar

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədrinə müavinlər təyin edilib.

“Report” xəbər verir ki, müvafiq sərəncamlara əsasən, Əvəz İlyas oğlu Qocayev və Hüsnü Ələkbər oğlu Quliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavinləri təyin edilib.

Qeyd edək ki, qurumun İdarə Heyətinin sədri Saleh Məmmədovdur.

Xatırladaq ki, keçən il oktyabrın 18-də Prezident İlham Əliyevin fərmanı ilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilib. Həmin fərmana qədər Əvəz Qocayev və Hüsnü Quliyev “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsini icra ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol