Menu

Separatçıların “parlament sədri” həbs olundu

04.07.2014, 19:31
Separatçıların “parlament sədri” həbs olundu

Ukraynada özünü Donetsk Xalq Respublikası elan edən separatçı rejimin “Ali Rada sədri” Vladimr Makoviç həbs olunub. Bu barədə onun müavini Andrey Purqin İTAR-TASS agentliyinə məlumat verib.

Purqinin sözlərinə görə, Makoviç Rusiyalı telejurnalist Klyanın ölümündə şübhəli bilinir.

Rusiya birinci kanalının jurnalisti Klyan iyunun 30-da hərbi hissələrdən birinin yaxınlığında çəkiliş apararkən ölüb. Donetsk vilayət prokurorluğu faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi qaldırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol