Menu

3 deputat Azərbaycanın AŞPA-dakı nümayəndə heyətindən çıxarıldı - ADLAR (Yeniləndi)

04.01.2018, 12:58
3 deputat Azərbaycanın AŞPA-dakı nümayəndə heyətindən çıxarıldı - ADLAR (Yeniləndi)

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

APA-nın məlumatına görə, deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev nümayəndə heyətinin tərkibindən çıxarılıb.

Onların əvəzinə Elşad Həsənov, Ülviyyə Ağayeva və Asim Mollazadə nümayəndə heyətinin tərkibinə daxil edilib.

Beləliklə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

Səməd Seyidov (sədr), Elşad Həsənov, Ülviyyə Ağayeva, Asim Mollazadə, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Rövşən Rzayev və Vüsal Hüseynov.

Şərhlər

esger 2018-01-04 12:58:31

cox duzgun gerardir QHT- hara biznes hara

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol