Menu

Almaniya yarımfinalda

04.07.2014, 23:07
Almaniya yarımfinalda

Bu gün Braziliyada keçirilən dünya çempionatının 1/4 final mərhələsində Almaniya milli komandası Fransa millisi üzərində 1-0 hesablı qələbə əldə edərək 1/2 final mərhələsinə yüksəlib.

Xatırladaq ki, Almaniya və Fransa milli komandaları indiyədək 25 dəfə qarşılaşıb. İki komanda arasındakı duellərdə Fransa millisi öndədi. Onlar 11 dəfə rəqibini məğlub yola salıb. Almanlar isə cəmi 8 dəfə meydandan qələbə ilə ayrılıblar. Komandalar 6 dəfə heç-heçə nəticəsi göstəriblər.

1/4 final

4 iyul

Fransa – Almaniya - 0:1

Qol: Hummels, 12

Baş hakim: Nestor Pitana (Argentina)

Rio-de-Janeyro. “Marakana” stadionu

Fransa: Lloris, Debuşi, Evra, Varan, Gabaye, Şako, Valbuena, Benzema, Qrizman, Matuidi, Poqba

Almaniya: Noer, Hövedes, Hummels, Xedira, Şvaynştayqner, Özil, Kloze, Müller, Lam, Kroos, Boatenq

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol