"AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İraqın mərkəzi hökuməti İraq Kürdüstanı muxtariyyətində işləyənlərin yığılıb qalmış əmək haqqını ödəyəcəyini vəd vedib. Bu barədə İraq hökumətinin başçısı Haydar əl-Əbadi bəyan edib.
Baş nazirin saytı xəbər veritr ki, əl-Əbadi cümə axşamı Bağdadda bir neçə kürd partiyasının nümayəndəsini qəbul edib. Məhz hansı partiyaların nümayəndəsi ilə görüşdüyü isə dəqiqləşdirilmir. Məlumat üçün bildirək ki, dekabr ayında muxtar bölgədə əməkhaqqının gecikdirilməsi səbəbilə, nümayişlər alovlanmışdı.
«Mərkəzi hökumət İraq Kürdüstanındakı qulluqçuların əmək haqqını dəqiq və ədalətlə ödəməkdə davam edir» - əl-Əbadi bəyan edib.
Baş nazir qeyd edib ki, İraq vahid dövlətdir və bu statusun sayəsində bu ölkədə «İslam dövləti» terrorçu qruplaşması üzərində qələbə çalmaq mümkün olub.
O, əlavə edib ki, İraqın bütün vətəndaşlarına görə məsuliyyət mərkəzi hökumətin çiyinləri üzərinə düşür.


Şərhlər