Menu

ABŞ Venesuelanın 4 məmuruna qarşı sanksiyalar tətbiq edib

06.01.2018, 11:41
ABŞ Venesuelanın 4 məmuruna qarşı sanksiyalar tətbiq edib

ABŞ maliyyə nazirliyi Venesuelanın 3 yüksək vəzifəli hakimiyyət nümayəndələrinə və bir sabiq məmuruna qarşı sanksiyalar tətbiq edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin saytında yayıyan sənəddə bildirilir.

Sanksiyalar sərhədlərdə təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə hökumət strukturunun rəhbəri İskuedro Torresə, Araquanın qubernatoru Mark Torresə, Milli Qvardiyanın strukturlarından birinin rəhbəri Zavaras Pabona və Bolivarın saviq qubernatoru Rangel Qomesə qarşı tətbiq edilib.

ABŞ maliyyə nazirliyi həmçinin dünya birliyini də bu sanksiyalara qoşulmağa çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol