2018-ci ilin bəzi ayları manatın məzənnəsi və onu tənzimləyən Azərbaycan Mərkəzi Bankı üçün daha ağır keçəcək.
Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onnu sözlərinə görə, 2017-ci ildə Neft Fondunun satdığı dolların həcmi ilə bağlı məlumatlar göstərir ki, bəzi aylarda dollara tələbat daha artıq olur:
«Ötən ilin dekabr ayında hərraclarda yarım milyard dollardan artıq valyuta satılıb. Öncədən də proqnozlaşdırdığımız kimi, ötən ay dollara tələbin artması müşahidə edildi. İlin son ayında əvvəlki ay ilə müqayisədə 2.8 dəfə, yəni 584,8 milyon dollar satılıb.
Deməli, ötən ay məzənnənin qorunması birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olub. Sadəcə bir ay ərzində yarım milyard dollardan artıq xarici valyutanın satılması dollara olan tələbin xüsusi aylarda yüksək qaldığından xəbər verir.
Bu isə o deməkdir ki, bu il də manatın məzənnəsi Dövlət Neft Fondunun satdığı dolların məbləğindən və deməli, neft gəlirlərimizin həcmindən asılıdır. 2018-ci ildə isə Mərkəzi Bank üçün cətin aylar mart, avqust və ilin son ayı olacaq».


Şərhlər
Hansı tələbatdan söhbət gedə bilər? Neft Fondu dövlət büdcəsi qarşısında transfert öhdəliyini yerini yetirmək üçün dollar satmağa məcbur idi. Həmin valyutanı Mərkəzi Bank və ya Dövlət Xəzinədarlığı alıb böyük ehtimal. Əvvəlki aylara düşən dolları sata bilmədiyi üçün dekabrda böyük rəqəm alnıb. Burda dollara tələbat hardadır? Büdcə qarşısında Fond öhdəliyini ilin yekununda yerinə yetirməməli idi? Vuqar Bayramov boş yerə ajiotaj yaradır.
Bu dolları elə Mərkəzi Bank və ya Dövlət Xəzinədarlığı özü alıb. Əksinə manatın dollar qarşısında bahalaşmasının qarşısını almaq üçün edilib. Neft Fondu ilin sonunda dövlət büdcəsinə illik transferti tamamlamaq üçün məcbur idi satmağa.