Menu

Çindən Obameyanqa yeni təklif – 72 milyon

07.01.2018, 17:23
Çindən Obameyanqa yeni təklif – 72 milyon

Dortmund "Borussiya"sının hücumçusu Pyer-Emerik Obameyanq karyerasını Çində davam etdirə bilər.

Qol.az-ın "Bild"ə istinadlan yaydığı xəbərə görə, "Quançjou Everqrand" klubu qabonlu futbolçunu transfer etmək istəyir. Çin klubu 28 yaşlı forvard üçün almanlara 72 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb. Əgər "Borussiya" Obameyanqı qışda satmaq istəməsə, qarşı tərəf yaya qədər gözləyə biləcəyini istisna etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol