«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Çeçenistanın başçısı Ramzan Kadırov Avropanı Amerika Birləşmiş Ştatlarına (ABŞ) qarşı vahid cəbhədə birləşməyə çağırıb. Kadırov bu barədə özünün «Teleqram-kanal»ında yazıb.
Onun sözlərinə görə, Vaşinqton mümkün olan hər şeyi edir ki, Rusiyanın ətrafında qaynar nöqtələr alovlansın və insanlar bir-birini öldürsünlər. Gələcəkdə yarana biləcək xaos Avropa ölkələrini də hədələyə bilər.
Çeçenistanın başçısı hesab edir ki, ABŞ-ın son məqsədi - «milyonlarla insanın ölümü üzərindən keçməklə, təbii sərvətlərə sahib olmaqdan ibarətdir. Bunun üçün onlar dinləri, dövlət quruluşlarını və dünya düzənini təhrif edirlər».
Donald Trampın ABŞ Prezidenti vəzifəsinin icrasına başlamasından sonra Kadırov ona xoş məramlı işlərdə uğurlar arzulamışdı. O, «İnstaqram»da yazmışdı ki, bizim Rusiyada onun etibarlı dostuna çevrilib - çevrilməməyimiz yalnız Trampın özündən asılıdır.

Şərhlər