Menu

Təhsil haqqını ödəyə bilmirmiş - Özünü 600 manata görə öldürüb! 

09.01.2018, 11:58
Təhsil haqqını ödəyə bilmirmiş - Özünü 600 manata görə öldürüb! 

Məlik Cahangirov təhsil haqqını vaxtında ödəmədiyi üçün oxuduğu universitetdən qovulmaq təhlükəsi ilə üzləşibmiş.

Bu sözləri Teleqraf.com-a açıqlamasında bulvarda özünü dənizə ataraq intihar etmiş Məlik Cahangirovun bibisi oğlu Xəyal Kərimov deyib.

Onun sözlərinə görə, Məlik valideynlərinin təhsil haqqı üçün ona verdiyi 600 manatı xərcləyib: "Bu səbəbdən təhsil haqqını ödəyə bilməyib. İlkin versiya kimi intihara bu səbəb ola bilər. Pulun nəyə xərcləndiyi bəlli deyil”.

Məlik Cahangirov Azərbaycan Dövlət Pedaqoji Universiteti coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırdı. O, ötən gün axşam saatlarında bulvarda özünü dənizə atıb.

Mərhum Məlik Cahan imzası ilə şeirlər yazıb.

Şərhlər

Müfəttiş 2018-01-09 11:58:33

Görəsən bu nakam gəncin faciəsi daşlaşmış vicdanlara az da olsa təsir edəcəkmi. Təhsili biznesə çevirənlər, öz əməllərinin nəticələrinə baxıb bu millətə etdiklərinə görə qürrələnə bilərlər...

t.ədalət 2018-01-09 11:58:33

Belə çıxır ki,erməni-rus hərbiçilərinin cəbhədə qətl edə bilmədiyini arxa cəbhədə özümüz çıxılmaz vəziyyətə salıb öldürürük.Bu qanunlarla irəli gedə bilməyəcəyik.Hər şeyi bahalaşdıra-bahalaşdıra,cərimələri artıra-artıra özümüz də bilmirik ki,hayana gedirik..

Arzu 2018-01-09 11:58:33

uzun zamandır intihar edəcəyini statuslarında yazırdı.... Ümumiyyətlə intihar edən şəxslərin psixoloji problemi olur. 600 manatı xərcləmisən ay bədbəxt, uzaq başı danlanaacaqsan, ..bəd başı təhsilin yarıda qalacaq..onun üçün cana qəst edərlər?

sona 2018-01-09 11:58:33

YAP hakimiyyətinin gənclərə yaratdığı şərait budur.Buyurun baxın!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol