Menu

Salyanda balıqçını elektrik cərəyanı vuraraq öldürüb

09.01.2018, 22:20
Salyanda balıqçını elektrik cərəyanı vuraraq öldürüb

Salyan rayonunda balıqçını elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Şorsulu kəndi ərazisindən keçən kollektorun üzərində qeydə alınıb.

Həvəskar balıqçı, Lənkəranın Boladi kənd sakini, 1980-ci il təvəllüdlü Azər Məlikəjdər oğlu Əkbərov kollektorda balıq ovlayarkən tilovun qarmağı həmin ərazidən keçən elektrik naqilinə toxunub. Bu səbəbdən onu elektrik cərəyanı vuraraq öldürüb.

A. Əjdərovun meyiti doğulduğu rayona aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol