«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, İslamabad Vaşinqtonla kəşfiyyat və müdafiə sahəsində əməkdaşlığı dayandırdığını bəyan edib. Bu addım ABŞ tərəfindən Pakistana maliyyə yardımının dondurulmasına cavabdır.
«Kəşfiyyat və müdafiə sahəsində ABŞ-la geniş əməkdaşlıq sferası var idi ki, biz bunu dayandırdıq. Pakistan və ABŞ arasında açıq və qarşılıqlı hörmətə söykənən dialoqun vaxtı yetişib» - deyə, Pakistan müdafiə nazirliyinin (MN) bəyanatında qeyd olunur.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Birləşmiş Ştatlar səfehliyindən dolayı, son 15 ildə Pakistana 33 milyard dollar vəsait verib. Bundan sonra İslamabad da öz növbəsində, Vaşinqtonla kəşfiyyat və müdafiə sahəsində əməkdaşlığı dayandırdığını elan etdi.


Şərhlər