“ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq.
Trend-in məlumatına görə, bunu yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.
Azərbaycan Prezidenti bildirib ki, bu il üç “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq - Mingəçevir, İmişli və Şəki şəhərində: “Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq. Eyni zamanda, mən göstəriş vermişəm ki, bu il beş şəhərdə “ASAN xidmət” mərkəzinin tikintisinə başlanılsın. Onlar yəqin ki, 2019-cu ildə istifadəyə veriləcək. Beləliklə, bir ildən sonra bizim 20 “ASAN xidmət” mərkəzimiz olacaq".
İlham Əliyev əlacə edib ki, bu günə qədər “ASAN xidmət” mərkəzlərinə 20 milyona yaxın müraciət daxil olub: “ASAN xidmət” ictimai xidmət sahəsində çox ciddi dönüş yaratmışdır”.


Şərhlər
Cənab prezident Asan xidmətləri yaratmaqla bir-çox sahələrdə rüşvəti aradan qaldırmışdır.Yaxşı olar ki,Səfərbərlik sahəsini də bələdiyyələrə verib xalqın yaxasını rüşvət alan komissarlardan qurtarsın.Büdcəmizə əlavə yük olan Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Departamentini zamanın arxivinə verməyin vaxtı çoxdan çatıb.