Menu

“Qara bazar”da dollar neçəyədir? - Qiymətlər

11.01.2018, 11:09
“Qara bazar”da dollar neçəyədir? - Qiymətlər

Bu gün yanvarın 11-də banklararası ticarətdə dollar yenidən ucuzlaşıb. “Bloomberg” terminalında ABŞ valyutası səhərlə müqayisədə 0,04% ucuzlaşaraq 1.6991 manata qalxıb.

Qeyd edək ki, terminalda dollat satışı günə 1.6997 manat məzənnəsi ilə başlayıb. Dünən də terminalda dolar satışı 1.6997 manat məzənnəsi ilə yekunlaşıb.

Xatırladaq ki, ötən gün terminal üzərində dollar ticarəti 1.6973 - 1.7004 manat məzənnələri arasında baş tutub.

“Qara bazar”da dollar bahalaşdı

Yanvarın 11-də “qara bazar”da da dolların məzənnəsi aşağı enib. Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyimiz məlumata görə, bu gün ABŞ valyutası 1.7010 manata alınır. Dolların satış qiyməti isə 1.7030 manatdır.

Avro isə ucuzlaşıb. “Qara bazar”da avronun alışı 2.04 manat, satışı isə 2.55 manatdır.

Rəsmi məzənnə

Onu da deyək ki, Mərkəzi Bank bu günə dolların məzənnəsini dəyişməyib. Rəsmi məzənnə 1. 7001 manat müəyyən edilib. /Fed.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol