Menu

Olimpiya mükafatçısı komaya düşüb

11.01.2018, 12:15
Olimpiya mükafatçısı komaya düşüb

Velosiped idmanının BMX növü üzrə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Yelle van Qorkom komaya düşüb.

“Report” “Frans Press”ə istinadla xəbər verir ki, 27 yaşlı hollandiyalı idmançı məşq zamanı qəza keçirib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən van Qorkomun üz sümükləri, qabırğaları sınıb. Həmçinin, onun qaraciyəri, dalaq və böyrəyi zədələnib.

Qeyd edək ki, bu il iyunun 5 - 9-da Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol