Menu

Bakıda yol qəzası nəticəsində 2 qadın xəsarət alıb

11.01.2018, 21:35

Qezada-sinmish-padpres-180912Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, avtoqəza Buzovna qəsəbəsində qeydə alınıb.

Məlumata görə, hadisə zamanı iki avtomobil toqquşub. Nəticədə avtomobillərdən birində olan sərnişinlər - 1965-ci il təvəllüdlü Hüseynova Rəsmiyyə Əhəd qızı və onun bacısı 1959-cu il təvəllüdlü Səmədova Minə Əhəd qızı xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilib. Xəsarətləri nisbətən yüngül olan M.Səmədova sonrakı müalicə üçün evə buraxılıb.

Hadisəni Xəzər polisi araşdırır. Sürücülərin ifadələrinin alınması üçün saxlanıldığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol