Menu

Moldovada 30 gündən sonra Rusiya ilə bağlı qadağa qüvvəyə minir

12.01.2018, 19:18
Moldovada 30 gündən sonra Rusiya ilə bağlı qadağa qüvvəyə minir

Moldovada Rusiyadan xəbər, siyasi və hərbi verilişlərin yayımına qadağanı nəzərdə tutan qanun 30 gündən sonra qüvvəyə minəcək.

Trend-in məlumatına görə, qadağa hər şeydən əvvəl Moldova televiziya kanalları tərəfindən təkrar yayımlanan Rusiya telekanallarının proqramlarına şamil olunacaq.

Qanun pozuntusuna yol verənləri 4 min dollar, təkrar törədildikdə isə 5 min dollar cərimə gözləyir.

Qeyd edək ki, Moldova Prezidenti İqor Dodon qanunu imzalamaqdan imtina etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol