Venesuelada ABŞ dollarının nağd valyuta bazarında məzənnəsi ötən gün 178 000 bolivara yüksəlib.
"Report" xəbər verir ki, noyabrın 22-dən bu ölkədə Amerika valyutası 2 dəfədən çox bahalaşıb.
2017-ci ilin əvvəli ilə müqayisədə isə qiymət artımı 57 dəfədir. Buna səbəb ötən ay Venesuelada neft hasilatının həcminin son 30 ilin minimal səviyyəsi - 1,7 mln. barel/günə enməsi amili göstərilir. Son bir il ərzində isə neft hasilatı 500 min barel/günə yaxın azalma göstərib.
"Citigroup"un Əmtəə Bazarlarının Araşdırılması Departamentinin rəhbəri Ed Mors (Ed Morse) bildirib ki, 2018-ci ilin sonunadək Venesuelada neft hasilatı 700 min barel/gün azalaraq 1 mln. barel/gün səviyyəsindən aşağı düşə bilər.
Qeyd edək ki, Venesuela Mərkəzi Bankında dolların rəsmi məzənnəsi 9,98 bolivar təşkil edir. Yəni, nağd valyuta bazarında məzənnə rəsmi göstəricidən 18 163 dəfə yüksəkdir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp avqustun 25-də Venesuelaya qarşı maliyyə sanksiyalarının tətbiqi barəsində sərəncam imzalayıb.


Şərhlər
Venusueladaki veziyyet hamiya melumdur..bes bizde niye manat dollara baglanib.dollar basqa pullara nisbetde ucuzlasir manatda hemcunin..?neft yaxwi ,stabil qiymete satilir,son 2ilde kent tesrufati ve diger qeyri neft sektoru inkisaf edib.bes niye manat dollar nisbetinde guclenmir?ve yaxud hec olmasa son2 il infilyasiyasi qeder insanlrin velirleri artirilmir?