Menu

KXDR, xalqı ABŞ-ın «iyrənc siyasətini» dərk etməyə çağırıb

15.01.2018, 15:47

axar.az1393510918Koreya«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya xalqını Amerika Birləşmiş Ştatlarının (ABŞ) iyrənc siyasətinin mahiyyətini dərk etməyə çağırıb. Xəbəri Koreya Mərkəzi teleqraf agentliyi (KMTA) yayıb.

Pxenyanın xəbərində qeyd olunur ki, Vaşinqton Koreya yarımadası yaxınlığında özünün hərbi qüvvələrini artırır. Bu sıradan, Birləşmiş Ştatlar indi Sakit okeanın qərb rayonuna «Stennis» atom aviadışıyıcısını göndərməyi planlaşdırır. Eyni zamanda, yarımadaya doğru vertolyot daşıyıcıları cəmləşdirir.

Agentlik, «bütün Koreya xalqını (şimallı-cənublu - red.) bölgədə ABŞ-ın silahlı qüvvələrini artırmasına və Şimali Koreya ilə müharibəyə başlamasına qarşı çıxış etməyə çağırıb».

«Bu dəfə də ABŞ gözdən pərdə asmaq üçün Şimali və Cənubi Koreya arasında aparılan danışıqları «dəstəkləyirik» - dedi, əslində isə cənubla şimal arasında münasibətlərin qarşısına çəpər çəkməyə cəhd göstərir»-deyə, bəyanatda qeyd olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol