Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 114-cü km-də (Hacıqabul şəh.) yerləşən yol ötürücüsünün sol yarım hissəsindəki (Bakı şəh.istiqaməti) deformasiyaya uğramış körpü aşırımlarının dəyişdirilməsi işləri aparılır.
Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, aparılan bərpa işləri ilə əlaqədar olaraq körpünün sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bakı şəhəri istiqamətində hərəkət edən avtonəqliyyat vasitələrinin hərəkəti əks istiqamətə yönəldilməklə təmin olunacaq.
Sürücülərdən körpünün üzərində hərəkət edərkən diqqətli olmaları və ərazidə qoyulmuş müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.
Körpünün aşırımlarının bərpasının qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.


Şərhlər
Belə hallarda körpünün layihəçisi və tikinti aparan şirkət cavab verməli olduğunu xatırlayan varmı?Körpü istismar müddətindən öncə yararsız hala gəldikdə bunun bərpası necə aarılmalı olduğu,
kimlərin belə halda məsuliyyət daşıdığı bəllidirmi? Bərpa işləri kimin hesabına yerinə yetiriləcək?