Menu

Rusiya Gürcüstana hücüma keçdi 

05.07.2014, 17:48
Rusiya Gürcüstana hücüma keçdi 

Rusiya hərbçiləri Gürcüstanın Cənubi Osetiya ilə təmas xəttində daha bir kəndini ələ keçirib.

Euronews-un verdiyi məlumata görə, bununla da onlar yeni baryerlərini Qori rayonunun Kere kəndində qurublar.

Qeyd edək ki, Gürcüstanın dərinliklərinə irəliləyən rus hərbçiləri qısa bir zaman içində 500 metr uzunluğunda yeni məftil səddi də çəkiblər. Vurğulanır ki, əgər bu işğalın qarşısı alınmasa, Gürcüstanın tarixi üç kilsə-məbədi və bir qəbiristanlıq qarşı tərəfin ərazisində qalacaq.

Xatırladaq ki, məsələ ilə əlaqədar Gürcüstan Daxili İşlər Naziri qarşı tərəfə sorğu göndərsə də, rəsmi Tiflisin müraciətinə hələ də cavab verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol