Menu

Bitkoin ucuzlaşmaqda davam edir

16.01.2018, 10:30
Bitkoin ucuzlaşmaqda davam edir

Dünyada ən populyar kriptovalyuta olan bitkoin investorların kriptovalyutaların tənzimlənməsi ilə bağlı qeyri-müəyyənliyi səbəbindən ucuzlaşır.

Trend xəbər verir ki, "CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 3,62 faiz və ya 13,2 min dollaradək ucuzlaşıb. "Bitfinex" birjasında bitkoinin məzənnəsi 4,29 faiz (13,02 min dollaradək), GDAX-da isə 3,27 faiz (13,05 min dollaradək) azalıb.

Alternativ kriptovalyutalar - "Ethereum" 7,41 faiz və ya 1,2 min dollaradək, "Ripple" - 13,09 faiz (1,62 dollara qədər), "Bitcoin Cash" isə 9,98 faiz (2,28 min dollaradək) ucuzlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol